26 C
Bakı
11 Avqust 2025 03:35
Dünya

ABŞ generalından həyəcanlı açıqlama: Çinlə uzunmüddətli müharibəyə…

ABŞ Çinlə uzunmüddətli müharibəyə hazırlaşır.

 

Tacxeber.com “Reuters”ə istiandən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Daq Uikert əgər Çin yaxın illərdə Tayvana hücum edərsə, ABŞ-da bu müharibədən ilk zərərçəkən ştat Kaliforniya ola bilər. O xəbərdarlıq edib ki, buna görə də ABŞ ordusu hücumların qarşısını almağa hazır olmalıdır.

 

O, Çinin sürətli hərbi artımından və böyük müharibəyə hazırlığından danışıb.

 

Uikert bildirib ki, daha yeni Amerika təyyarələri, xüsusən də hazırda B-2 gözəgörünməz bombardmançı təyyarəsini əvəz edən B-21 “Raider” Pekinin qarşısını almaqda mühüm rol oynayıb.

 

Bununla belə, bu çəkindirmə uğursuz olarsa, bu, Çinin çox güman ki, “ABŞ-a zərbə endirəcəyi” anlamına gələcək.

 

“Əgər bu müharibə baş verərsə, burada baş verəcək” deyən amerikalı general əlavə edib ki, kiberhücumlarla enerji təchizatı və digər infrastrukturun fəaliyyəti uzunmüddətli pozula bilər. Ona görə də ABŞ uzunmüddətli müharibəyə hazır olmalıdır.

 

Daha bir yüksək rütbəli ABŞ zabiti müharibə ilə bağlı mövqeyini belə fikrini açıqlayarkən deyib: “Çin Tayvana hücum etsə və biz müdaxilə etmək qərarına gəlsək, bu müharibə çox güman ki, tez bitməyəcək”.

Tacxeber.com

Oxşar xəbərlər

Yaponiyada Daun sindromunun qarşısını almaq üsulları öyrənilir

redaktor

İsveç Trampın Ukraynanı silahlandırmaq planına qoşulub

redaktor

Misir hərbçiləri almaq istədikləri Rusiyanın SU-35 təyyarələrini biabır etdilər

admin