22 C
Bakı
16 İyun 2025 17:28
Dünya

Üç ölkə İsraili hədələdi: Konkret tədbirlər görəcəyik!

Böyük Britaniya, Fransa və Kanada İsrailə qarşı konkret tədbirlər görməyə hazır olduqlarını bəyan ediblər.

Tacxeber.comxəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidməti üç ölkə liderinin birgə bəyanatına istinadən məlumat yayıb.

 

Bildirilib ki, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Kanadanın Baş naziri Mark Karni İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etməsinə qarşı sərt çıxış ediblər.

 

“İsrail yeni hərbi hücuma son qoymasa və humanitar yardıma qoyulan məhdudiyyətləri aradan qaldırmasa, biz buna cavab olaraq konkret tədbirlər görəcəyik”, – deyə vurğulanıb.

 

Onlar İsrailin Baş naziri Benyamin Netanyahu hökumətini Qəzza zolağında öz çirkin hərəkətlərini sonlandırmağa çağırıblar.

Tacxeber.com

Oxşar xəbərlər

Tatlısəsin deputatlığa namizədliyi qeydə alınmadı – Özü danışdı

redaktor

Ukrayna Rusiyanın sursat anbarını vurdu – Yaralılar var

redaktor

HƏMAS lideri necə ………. ? – İran kəşfiyyatı çaşbaş qalıb…

admin