Dünya

Ermənistanda Putin təhqir edildi – Rusiyadan reaksiya

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanda Rusiya prezidenti əleyhinə təhqiramiz plakatlarla bağlı insidentləri şərh edib.

 

Tacxeber.comxəbər verir ki, Rusiya XİN nümayəndəsi bu cür təxribatların kökündə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən ayrılmış maliyyə vəsaitlərinin dayandığını bildirib.

 

“İrəvandakı ABŞ səfirliyində kimsə hələ də köhnə sxemlərlə yaşayır. Görünür, USAID-dən ayrılmış pullar hələ də qalıb və bu cür layihələrə yönəldilib”, – deyə Zaxarova vurğulayıb.

 

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində USAID-in vəsaiti ilə “heç bir yaxşı iş görülməyib” və bu təşkilat daim sabitliyi pozmağa yönəlmiş sınaqdan keçmiş sxemlər üzrə fəaliyyət göstərir.(Axar.az)

Tacxeber.com

Oxşar xəbərlər

“72 saatdan sonra…” Qərb Rusiyaya qarşı hərbi əməliyyat planı hazırlayıb

redaktor

ŞOK hadisə: Qayaların içindən qızıl çıxır

admin

Avropada ən ucuz və ən bahalı mənzil hansı şəhərlərdədir?

admin