23 C
Bakı
24 İyun 2025 11:30
Dünya

Baydenin arvadına cinayət işi açıla bilər

ABŞ-ın keçmiş prezidenti Co Baydenin həyat yoldaşı Cil Baydenə ərinin xəstəliyini gizlətdiyinə görə cinayət işi açıla bilər.

 

Tacxeber.comxəbər verir ki, bu barədə ABŞ Ədliyyə Departamenti məlumat yayıb.

 

Departament rəsmisi bildirib ki, Baydenin həyat yoldaşı Cil ərinin sağlamlıq problemlərinə məhəl qoymadığı üçün yaşlılara qarşı zorakılıqda ittiham oluna bilər.

 

Belə ki, mətbuatda Baydenin xərçəng olması ilə bağlı xəbərlərin ardınca həyat yoldaşının problemi bildiyi, lakin yenə də onun prezidentliyə namizədliyini irəli sürməsini istədiyi barədə xəbərlər ortaya çıxıb.

 

Qeyd edək ki, ABŞ-ın keçmiş prezident Co Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub. Məlumata əsasən, hazırda Baydenin müalicəsi ilə bağlı müxtəlif variantlar nəzərdən keçirilir.

Tacxeber.com

Oxşar xəbərlər

İranın yeni prezidenti: “Mənə işləməyə imkan vermirlər”

redaktor

Rusiya gəmisində baş vermiş yanğının arxasında Ukrayna dayanır – İDDİA

redaktor

Bu ölkədə ev almaq istəyənlərə 55 min ödəniləcək.

admin