24 C
Bakı
11 Avqust 2025 23:02
Dünya

Trampın planları üzə çıxdı: Görün Putindən sonra nə edəcək

Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra ABŞ lideri Donald Tramp Vladimir Zelenski ilə danışacaq.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt açıqlama verib.

 

Qarşıdan gələn danışıqları şərh edərkən, o, “özünü qabaqlamaq istəmədiyini” qeyd edib.

 

“Çox vacib söhbətlərdir, lakin bu zənglər bu gün tamamlandıqdan sonra, əlbəttə ki, siz birbaşa prezidentdən və ya məndən eşidəcəksiniz”, – prezidentin sözçüsü bildirib.

 

Levitt onu da əlavə edib ki, Donald Tramp Ukrayna münaqişəsinə tez son qoymaq üçün bacardığı qədər çalışır.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl sosial şəbəkədə Rusiya lideri Vladimir Putinlə mayın 19-da telefon danışığı aparacağını açıqlayıb. Bu məlumatı Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov da təsdiqləyib.

Tacxeber.com

Oxşar xəbərlər

Qadınların kişi həkimlərə müraciət etmələrinə qadağa qoyuldu

redaktor

İrəliləyiş olmasa, NATO-nu cəlb edəcəyik – Türkiyə

redaktor

Ukraynada qadınlar da döyüşə çağırılacaq?

redaktor