20 C
Bakı
20 Oktyabr 2026 10:29
Cəmiyyət

Əvəz Zeynallının səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi – Xanımı danışdı

Üç gündür Əvəz Zeynallının səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Soyuq olub, virusa yoluxub. Türkiyədə həkimlər deyiblər ki, 14 gün xəstəxanada müalicə almalıdır.

 

Tacxeber.comxəbər verir ki, bunu Teleqraf-a xərçəng xəstəliyi ilə mübarizə aparan jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı deyib.

 

“Analizlərin nəticəsi açıqlandıqdan sonra isə xərçəng xəstəliyinin müalicəsinə başlanacaq”, – deyə M.Zeynallı açıqlayıb.

 

Qeyd edək ki, Əvəz Zeynallı bağırsaq xərçəngindən əziyyət çəkir. O, həbsdən azad olunduqdan sonra müalicə məqsədilə Türkiyəyə yollanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq

redaktor

“Sabah” “Borussiya”ya qarşı

admin

TƏBİB ləğv edilirsə, 8 ilin hesabatı haradadır?

redaktor