23 C
Bakı
02 İyul 2025 02:08
Cəmiyyət

Əvəz Zeynallının səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi – Xanımı danışdı

Üç gündür Əvəz Zeynallının səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Soyuq olub, virusa yoluxub. Türkiyədə həkimlər deyiblər ki, 14 gün xəstəxanada müalicə almalıdır.

 

Tacxeber.comxəbər verir ki, bunu Teleqraf-a xərçəng xəstəliyi ilə mübarizə aparan jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı deyib.

 

“Analizlərin nəticəsi açıqlandıqdan sonra isə xərçəng xəstəliyinin müalicəsinə başlanacaq”, – deyə M.Zeynallı açıqlayıb.

 

Qeyd edək ki, Əvəz Zeynallı bağırsaq xərçəngindən əziyyət çəkir. O, həbsdən azad olunduqdan sonra müalicə məqsədilə Türkiyəyə yollanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda “gizlənən işıqfor”a görə vətəndaşa cərimə protokolu gəlib – VİDEO

redaktor

90 gündən artıqdır ki, alimimiz aclıq edir. Rəsmilər niyə susur ?

admin

Qəzaya uğrayan təyyarənin havaya qalxmasına saniyələr qalmış sərnişinlərin görüntüsü – VİDEO

redaktor