29 C
Bakı
11 Avqust 2025 14:57
DünyaSiyasət

Rumıniyadan şad xəbərlər gəlir. Nə xəbərlərdir? – Kamran Cəfərov

Putin/Tramp cütlüyünün dəstəklədiyi sağ populist namizədi Simionun 1-ci turda 20% səs fərqilə irəlidə olmasının əsas səbəbi seçici fəallığının son dərəcədə aşağı olması idi.

 

2-ci tura keçən avropayönlü Dan Nikuşorun seçdiyi strategiya öz nəticəsini verir. Dan Nikuşor komandasının strategiyası 1-ci seçkilərə gəlməyənləri məntəqələrə 2-ci turda gətizdirməkdən ibarət idi və bu strategiya özünü doğrultdu. Bütün mətbuat resursları xəbər verir ki, hal-hazırda çox ciddi fəallıq və uzun növbələr müşahidə olunur.

Məntəqələr Bakı vaxtı ilə 22:00-da bağlanacaq, ilk eksit-polları və nəticələri paylaşacağıq.

 

Seçkilərin nəticəsi Ukrayna üçün çox vacibdir, ona görə ki, Putin/Trampın namizədi nəinki Ukraynaya bütün hərbi yardımları dayandırmaq fikrindədir, hətta Rumıniya üzərindən Ukraynaya silah tədarük zəncirinə əngəllər yaratmaq niyyətindədir.

Çox vacib seçkilərdir.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda kinoteatr narkomanların yuvasına çevrilib – – VİDEO

redaktor

Pezeşkian İsrailə hücumdan xəbərsiz olub?

redaktor

Daha bir müharibə başlayır? – Kim Çen Indən mühüm açıqlama

redaktor