24 C
Bakı
11 Avqust 2025 23:29
Cəmiyyət

Hüseyn Həsənov cinayət işindən öncə buna cəhd edib

Bloger Hüseyn Həsənov ona qarşı cinayət işi qaldırılmazdan əvvəl Moskvadakı mənzilini satmağa cəhd göstərib.

 

Tacxeber.com Oxu.az-a istinadla xəbər verir ki, o, Rusiyanı tərk etdikdən sonra parkinq yeri olan mənzilini ayda 749 min rubla (1600 manata yaxın – red.) icarəyə verib.

 

Vergi problemləri ilə bağlı xəbərlərdən sonra bloger mənzili 100 milyon rubla (iki milyon manatdan çox – red.) satışa çıxarıb.

 

H.Həsənov daşınmaz əmlaka alıcı tapa bilməyib, lakin “Rolls-Royce Cullinan” markalı avtomobilini satıb. Blogerin 124 kvadratmetr sahəsi olan üç otaqlı mənzili “Moskva-Siti” ərazisində yerləşir.

 

Xatırladaq ki, Rusiyada H.Həsənov barəsində xüsusilə böyük miqdarda pul vəsaitinin leqallaşdırılması ilə bağlı cinayət işi açılıb. Ona qiyabi həbs qətimkan tədbiri seçilib. Blogeri 7 ilədək həbs cəzası gözləyir.

 

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, Hüseyn Həsənov 2019-2021-ci illərdə 170 milyon rubldan çox (təxminən 3,6 milyon manat) məbləğində vergidən yayınmaqda ittiham olunur.

Tacxeber.com

Oxşar xəbərlər

Sobçak Səfərov qardaşlarının ölümünə görə Rusiya tərəfini QINADI

redaktor

Səfər Mehdiyev yeni biznesə başladı: Şəffaf görünən qaranlıq adam

redaktor

“Neqodnı”ları nə gözləyir? – RƏSMİ AÇIQLAMA

redaktor