12 C
Bakı
28 Mart 2026 19:34
CəmiyyətGündəm

Bəhruz Səmədov: “Sadəcə insanların müharibədə ölməsinə qarşı çıxmışam”

Mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində gənc tədqiqatçı, sülh fəalı Bəhruz Səmədovun işi üzrə növbəti qapalı məhkəmə prosesi keçirilib.

 

Onun vəkili Zibeydə Sadıqovanın bildirdiyinə görə, proses şahid ifadəsi ilə davam edib. Şahid həm müdafiə tərəfinin, həm də hakimlərin suallarını cavablandırıb və B.Səmədovun daha əvvəl dediklərini təsdiqləyib.

Bəhruz Səmədov məhkəmədə yenidən vurğulayıb ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülh tərəfdarı olub. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların ölməsinə qarşı olduğunu bildirib.

 

Növbəti məhkəmə prosesi 13 iyun saat 16:00-a təyin edilib və şahid ifadələri ilə davam edəcək. Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O dövlətə xəyanətdə ittiham edilir, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, milliyyətcə erməni olan qızlara məlumat ötürməkdə təqsirləndirilir. Bəhruz Səmədov isə ittihamı qəbul etmir, yazılanların yalan olduğunu bildirir. (ToplumTV)

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan dünyanın ən güclü orduları reytinqində 29-cu yerdədir – FOTO

redaktor

Volkov, sənin yiyən var? – VİDEO

redaktor

DİQQƏT! Qasırğa olacaq – RƏSMİ MƏLUMAT

redaktor