19 C
Bakı
26 Sentyabr 2025 22:14
Dünya

Müharibəyə hazır olun! – Kim Çen In genişmiqyaslı hərbi təlimlər keçirir

Şimali Koreya lideri Kim Çen In Şimali Koreya ordusunu müharibəyə hazır olmağa çağırıb.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi ( KCNA ) məlumat yayıb.

 

Bildirilir ki, o, Koreya Xalq Ordusunun Birinci Qvardiya Hərbi Hava Qüvvələri Diviziyasının aviasiya alayında olub. Orada Şimali Koreya Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrinin döyüş təlimlərinə rəhbərlik edib.

 

Təlimlər zamanı Şimali Koreya hərbi qulluqçuları hava hücumundan müdafiə missiyalarının yerinə yetirilməsi üzrə aviasiya eskadrilyaları, zenit-raket bölmələri, radar bölmələri və elektron döyüş bölmələrinin bacarıqlarını məşq ediblər. Onlar həmçinin qanadlı raketləri və kamikadze hücum dronlarını məhv etməyi də təlimlər keçiblər.

 

Bundan əvvəl Kim Çen In mayın 9-da Rusiyanın Pxenyandakı səfirliyinə səfəri zamanı bəyan etmişdi ki, lazım gələrsə, KXDR Silahlı Qüvvələrindən Rusiyaya yardım göstərmək üçün istifadə etmək əmri verəcək.

 

Bundan əvvəl Kim Çen In KXDR hərbçilərinin Kursk bölgəsinin azad edilməsində iştirakını “müqəddəs missiya” adlandırmışdı .

Tacxeber.com

Oxşar xəbərlər

“Avropa biznesi Rusiyaya qarşı sanksiyalara görə 250 milyard avro itirib”

admin

Türkiyədə bu görüntülər DİQQƏT ÇƏKDİ: Rusiyaya ixrac edilən nəhəng… – FOTOLAR

admin

Zelenski: 40-dan çox dövlət və təşkilat lideri Ukraynaya dəstəyini təsdiqləyib

redaktor