13 C
Bakı
30 Mart 2026 13:17
Hadisə

Vətən müharibəsinin iştirakçısı narkozdan sonra komaya düşdü – 72 saat vaxt qoyuldu

Vətən müharibəsinin iştirakçısı, Ucar rayon sakini Sübhan Hüseynov komaya düşüb, vəziyyəti kəskin ağırdır.

 

Tacxeber.com Bakupost.az-a istinadla xəbər verir ki, o, Ucar Rayon Mərkəzi Xəstəxanasında “tükdönməsi” əməliyyatı olunmalı idi. Lakin narkozdan şok keçirib və əməliyyat baş tutmayıb.

 

Həkimlər onun ailəsinə Sübhanın ayılmadığını, kliniki ölüm keçirdiyini və 72 saat ərzində özünə gələcəyini bildiriblər. Həkimlərin verdiyi məlumata görə, təcili tədbirlər görülməsə, qazimiz həyatını itirə bilər.

 

Qeyd edək ki, Sübhan Hüseynovun atası İlham Hüseynov Birinci Qarabağ müharibəsində iştirak edib.

Tacxeber.com

Oxşar xəbərlər

Tural Abbaslı barədə qərar verildi

admin

Dağıntılar altından çıxarılan gənc dəfn olunarkən dirildi

redaktor

Arvadı ilə mübahisə edən kişi özünü yandırdı

redaktor