CəmiyyətGündəm

Cahangir Əsgərov “Premium Bank”ın əsas səhmdarı oldu

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov “Premium Bank” ASC-nin əsas səhmdarı olub.

 

Tacxeber.com “Report”a istinadla xəbər verir ki, səhmlər onun nəzarətinə həyat yoldaşı Zərifə Həmzəyeva bu il yanvarın 17-də vəfat etdikdən sonra keçib.

 

O, dünyasını dəyişənə qədər Bankın nizamnamə kapitalında 84.5% paya malik olub. Səhmlərin 15.2%-nə “VIP Aviation Services” MMC, 0.3%-nə isə Elvira Əhmədova nəzarət edib.

 

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. 2021-cü ilin yekununda onun nizamnamə kapitalı 154.6 milyon manat təşkil edib. Bu ilin aprel ayında isə Bank nizamnamə kapitalını 20 milyon manat və yaxud yaxud 12.9% artıraraq 174.6 milyon manata çatdırıb. Kapital artımından sonra kredit təşkilatının səhmdarlarının yeni pay bölgüsü açıqlanmayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Qubad İbadoğlunun müayinə və analiz nəticələri saxtalaşdırılıb.

admin

Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? – DETALLAR

redaktor

İlk maşinist qadın işdən ayrılmağının əsl səbəbini açıqladı

redaktor