21 C
Bakı
21 İyun 2025 22:29
Cəmiyyət

Vasif Talıbova məxsus olmuş məşhur şirkətlər bağlanır

Naxçıvan Muxtar Respublikasında bir zamanlar aktiv fəaliyyət göstərmiş “Gəmiqaya Avtonəqliyyat”, “Avtonax MR” və “Avto GL” şirkətləri ləğv edilir.

Bu barədə İqtisadiyyat.az həmin şirkətlərə istinadən xəbər verir.

Məlumata görə, ləğv olunduğunu elan edən şirkətlər kreditorlarına müraciət ünvanlayıb ki, iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Cəli̇l Məmmədquluzadə küçəsi, ev 34/2 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Gəmiqaya Avtonəqliyyat” 2022-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 210 050,14 manatdır. “Avtonax MR” 2023-cü ildə 14 142.26 manat nizamnamə kapitalı ilə, “Avto GL” isə 2023-cü ildə 241937 manat nizamnamə kapitalı ilə yaradılıb.

Şirkətlər bir zamanlar Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olduğu bildirilən “Gəmiqaya Holdinq”in tabeçiliyində olub.

Tacxeber.com

Oxşar xəbərlər

MSK sosial şəbəkədəki görüntüləri ARAŞDIRIR

admin

Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə saxlanıldı

redaktor

I qrup əlil polisə: ‘Şortikimin, ümumiyyətlə, cibi yoxdur, oradan necə narkotik çıxa bilərdi?’

admin