31 C
Bakı
13 Avqust 2025 16:58
Mədəniyyət

Rasim Balayev: “Əgər o mənim xəyanətimi, cinayətimi sübut etsə kişidir, etməsə nakişi”

Xalq artisti, tanınmış kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev Musavat.com-a müsahibəsində Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudovla bağlı qalmaqallı ifadələr işlədib. Rasim Balayev rəhbərlik etdiyi qurum tərəfindən Şeyx Əbdülün 80 illik yubileyinin hansı səbəbdən qeyd olunmamasına belə münasibət bildirib:
“Özündən soruşun. Hədyan, yalan, şər, böhtan – hamısı ondan gəlir”.

Qarşı tərəfin reaksiyası gecikməyib. Şeyx Əbdül Mahmudov ona ünvanlanan ittihamlara bu cür cavab verib:

“Ayıb olsun ona! Onun özü kim olduğunu yaxşı bilir. Mən onun haqqında elə xəyanətlərini, cinayətlərini deyərəm ki, başını tutub qaçar. Onun köhnə ittifaqlarda etdiyi cinayətləri açıqlasam, güzgüyə baxmağa utanar. Ağlını başına yığsın – açıb sandığı, töksəm pambığı, ifşa olunacaq”.

Bununla bağlı Demokrat.azXalq artisti, tanınmış kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevdən açıqlama alıb.

O dediklərini bir daha təsdiqləyib:

“Demişdim. Yenə deyirəm hədyan, yalan, şər, böhtan bunlar hamısı Əbdüldə var.  Yazdıqları da elə odur. Əgər o mənim xəyanətimi, cinayətimi sübut etsə kişidir, etməsə nakişi. Vəssalam”.

Tacxeber.com

Oxşar xəbərlər

“Evə gələn zəng onu stresə saldı, İlhamə xanım qollarımda dünyasını dəyişdi” – İllərin sirri açılır

redaktor

Vəfat edən Çimnazın qonşusu danışdı – Tək yaşayırdı, bir dəfə səs gəldi ki…

redaktor

“Hamıya belə ər arzulayıram” – Afaq Bəşirqızı həyat yoldaşını təriflədi + Video

redaktor