29 C
Bakı
11 Avqust 2025 14:57
Cəmiyyət

“Müştəridən 5 manat qazanacaqdım, 100 manat cərimələndim” ŞİKAYƏT — VİDEO

“Müştəridən 5 manat qazanacaqdım, amma bircə dəqiqəyə görə heç mənzilbaşına çatmamış 100 manat cərimə gəldi”.

 

Tacxeber.com xəbər verir ki, bunu müştəri götürərkən cərimələnən taksi sürücüsü Turabxan Sərxanov deyir.

 

Turabxan Sərxanov bu halın digər taksi sürücləri üçün də dəfələrlə problem yaratdığını bildirib. Xüsusilə də avtobus zolaqlarının olduğu ərazilərdə bu cür vəziyyət daha çox yaşanır.

 

Nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, aparılan islahatların əsas məqsədi ictimai nəqliyyatın işini optimallaşdırmaq, həmçinin fərdi nəqliyyat vasitələrinin işini məhdudlaşdırmaqdır. Ancaq bu fonda taksilər üçün yaranmış çətinliklərə də diqqət ayırmaq lazımdır.

 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, bununla bağlı hər hansı layihə olarsa, icitmaiyyətə təqdim ediləcək.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Tacxeber.com

Oxşar xəbərlər

Növbəti iki ildə pensiyalar nə qədər artacaq? – RƏQƏMLƏR

redaktor

Zaurla Günayın Qəbələdəki evi – VİDEO

redaktor

“Mənim həbsimə əsas səbəb yenə deyirəm ki, sosial şəbəkələrdəki paylaşımlarımdır.”

admin