20 C
Bakı
20 Oktyabr 2026 06:26
CəmiyyətHadisə

Lənkəranda vəzifəli şəxs küçədə vətəndaşı döydü

Lənkəran şəhəri C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin təsərrüfat müdiri küçədə vətəndaşı döyüb.

 

Tacxeber.com  Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində fəaliyyət göstərən bazarın yaxınlığında baş verib.

 

Məktəbin təsərrüfat müdiri Cəmaləddin Əliyev (soyad şərtidir) küçə ilə gedərkən çiyni həmin ərazidə dərzi işləyən Samir adlı şəxsin çiyninə dəyib. Nəticədə Samirlə onun arasında mübahisə yaranıb. Mübahisə zamanı Cəmaləddin Samirin sifətinə başla zərbə endirib. Samir xəsarətlə xəstəxanaya aparılıb.

 

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.

 

Məhkəməyə qədərki dövrdə Cəmaləddin Samirə dəymiş ziyana görə təzminat ödəyib və barışıq əldə edib. Məhkəmə tərəflərin barışdığını nəzərə alaraq cinayət işinə xitam verib.

 

Tacxeber.com

Oxşar xəbərlər

TƏBİB ləğv edilirsə, 8 ilin hesabatı haradadır?

redaktor

Tarixi qardaşlığımıza sahib çıxmalıyıq

redaktor

Cəhalətin üzü və astarı: İranla Türkiyənin fərqi

redaktor