21 C
Bakı
22 İyun 2025 09:21
CəmiyyətHadisə

Lənkəranda vəzifəli şəxs küçədə vətəndaşı döydü

Lənkəran şəhəri C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin təsərrüfat müdiri küçədə vətəndaşı döyüb.

 

Tacxeber.com  Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində fəaliyyət göstərən bazarın yaxınlığında baş verib.

 

Məktəbin təsərrüfat müdiri Cəmaləddin Əliyev (soyad şərtidir) küçə ilə gedərkən çiyni həmin ərazidə dərzi işləyən Samir adlı şəxsin çiyninə dəyib. Nəticədə Samirlə onun arasında mübahisə yaranıb. Mübahisə zamanı Cəmaləddin Samirin sifətinə başla zərbə endirib. Samir xəsarətlə xəstəxanaya aparılıb.

 

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.

 

Məhkəməyə qədərki dövrdə Cəmaləddin Samirə dəymiş ziyana görə təzminat ödəyib və barışıq əldə edib. Məhkəmə tərəflərin barışdığını nəzərə alaraq cinayət işinə xitam verib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Sabiq bağça müdiri icra başçısından əmək haqqı tələb edir

admin

Tayvan Çinin chatbotundan istifadə etməyəcək

admin

Şimali Kipr mediasından ŞOK İDDİA: “Azərbaycanlı məmurlara saxta doktorantura diplomları verilir”

redaktor