Dünya

İstanbul görüşü başlamamış “parçalandı” – Ukraynanın bu şərti ilə

Ukrayna Rusiya ilə İstanbulda keçiriləcək danışıqlarda yalnız bir mövzunu müzakirə etməyə hazır olduğunu bəyan edib: 30 günlük atəşkəs.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Ukrayna rəsmiləri “The Wall Street Journal”a (WSJ) məlumat veriblər.

 

“Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya tərəfi ilə yalnız qeyd-şərtsiz 30 günlük atəşkəsin necə həyata keçirilməsi və monitorinqi məsələsini müzakirə etmək üçün görüşəcəklər”, – deyə rəsmilər bildirib.

 

Rusiya danışıqlar qrupu mayın 15-də səhər saatlarında İstanbula gəlib. Nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.

 

Ukrayna prezidenti Vladimir Zelenskinin təyyarəsi bir müddət əvvəl Polşadan Türkiyəyə yola düşüb. Bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak məlumat verib.(Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynada xarici hərbçilər əsir götürülüblər – İranlı da var

redaktor

Rişi Sunak Mühafizəkarlar Partiyasının yeni lideri seçilib. Bu o deməkdir ki, o, tezliklə Böyük Britaniyanın baş naziri olacaq.

admin

Daşqından zərər çəkən sakinlər İspaniya kralına HÜCUM ETDİLƏR – ANBAAN VİDEO

redaktor