24 C
Bakı
24 İyun 2025 17:42
Cəmiyyət

Tanınmış jurnalist icra başçısının müavini vəzifəsindən azad edilməsinin SƏBƏBİNİ AÇIQLADI

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən azad edilib.

Oxu.Az-a açıqlamasında Ruslan Məmmədovfaktı təsdiqləyib.

 

O bildirib ki, işdən ayrılmasına səbəb səhhətində yaranan problem olub.

 

“Mən iki ay əvvəl öz ərizəmlə, qarşılıqlı razılıq əsasında işdən azad olunmuşam. Səbəb səhhətimdə yaranan problemlərlə bağlıdır. Yıxıldığım üçün çanaq sümüyümdə çat yaranıb, bundan əlavə boyun nahiyəmdə yırtıq var. O səbəbdən iki gün sonra, mayın 16-da əməliyyat olunacağam. Hazırda da xəstəxanada müalicə və müayinələrim davam edir”, – deyə R.Məmmədov bildirib.

 

R.Məmmədov başqa vəzifəyə təyin olunması məsələsinə münasibət bildirib:

 

“Heç yerə təyin olunmamışam, heç yerdə işləmirəm. Dediyim kimi neçə vaxtdır ancaq səhhətimlə məşğulam”.

 

Qeyd edək ki, Ruslan Məmmədov 2024-cü ilin may ayında İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini – Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu.

Tacxeber.com

Oxşar xəbərlər

“Hansısa milli danabaş qadın məni qalstuklu molla adlandırırsa…” – Fazil Mustafa

admin

Qışda papaqsız gəzənlərə həkimdən XƏBƏRDARLIQ

redaktor

Londonda klinika açan İLK AZƏRBAYCANLI stomatoloq: “Bəzən dişi min funt-sterlinqə çəkirik” – VİDEO

redaktor