Dünya

“Putinsiz İstanbul danışıqları mənasızdır” – Zelenskinin ofisi

Ukrayna münaqişəsinin həlli üçün İstanbulda keçiriləcək danışıqlar Rusiya prezidenti Vladimir Putin şəxsən iştirak etməsə, mənasız olacaq.

 

Tacxeber.com“RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bildirib.

 

“Əgər Putin sabah Türkiyədə keçiriləcək görüşdə şəxsən iştirak etməsə, bu danışıqların heç bir mənası olmayacaq”, – deyə o bildirib.

 

Podolyak xarici siyasətdə qərarlar qəbul etmək səlahiyyətinin yalnız dövlət başçısında olduğunu vurğulayıb. Bundan əlavə, o, Moskvanı sülh danışıqlarına hazırmış kimi görüntü yaratmaqda ittiham edib.

Tacxeber.com

Oxşar xəbərlər

Putinin atəşkəsinə Zelenskidən reaksiya

redaktor

Dünyanın ən xəsis iş adamı vəfat etdi

redaktor

Anqolada cadugərlik testi edən 50 nəfər öldü

redaktor