25 C
Bakı
11 Avqust 2025 08:20
Cəmiyyət

“Məni “drel” sözünə görə tutublar, amma hələ bir kişi ilə…” – Tiktoker İlhamə ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində İlhamə Elşadqızının məhkəmə iclası keçirilib.

 

Prosesdə onun vəkili vəsatətlə çıxış edib, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Vəsatət təmin olunmayıb.

 

İ.Elşadqızı bildirib ki, narkoman deyil: “Anam mənə necə tərbiyə verib, elə də böyümüşəm. Mən narkoman deyiləm, mənə böhtan atıblar. Haqqımda təhqiredici sözlər işlədiblər. Qanımı yoxladılar, təmiz çıxdı. Mən kasıb bir insanam, bu yaşa kimi təmiz yaşamışam.

 

Mənim bəstələdiyim nəğmələri oxuyanlar var. Minlərlə tələbələrin içindən seçilmişəm. Atam böyük riyaziyyatçı olub. Mən evimə qayıtmaq istəyirəm. Televiziyada çıxış etmişəm, amma adım bir kişi ilə hallanmayıb. Sıradan bir insan deyiləm. Məni məhz “drel” ifadəsinə görə tutublar. Ağlı başında olan qadınam, gah dəlixanaya aparırlar, gah narkoman deyirlər. Düz 5 aydır əzab çəkirəm, mənim anamı ağladıblar. Mən elə-belə adam deyiləm. O, qədər əsərlər yazmışam. Cəmiyyət üçün işlər görmüşəm. Dəstək olmaq lazım idi mənə…”

 

Növbəti proses iyunun 11-də davam edəcək. Qeyd edək ki, İlhamə Əskərovaya qarşı Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb. Hakim ittiham olunduğu maddənin sanksiyasi ilə onu 3 ildən 8 ilə dək həbs oluna biləcəyini xatırladıb. (Kulis)

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya mətbuatı üstü açılmayan cinayət işinin guya izinə düşüldüyünə dair tələsik hekayə quraşdırıb.

admin

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı – SON QƏRAR

redaktor

Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru vəzifəsindən AZAD ETDİ

redaktor