Dünya

İran heç vaxt nüvə ölkəsi olmayacaq – ABŞ lideri Donald Tramp

ABŞ lideri Donald Tramp bildirib ki, Vaşinqton İranın nüvə dövlətinə çevrilməsinə imkan verməyəcək.

 

Eyni zamanda, Amerika prezidenti İslam Respublikasının iqtisadi inkişafının tərəfdarı olduğunu deyib: “Onlar nüvə ölkəsi olmayacaq. İcazə verin, açıq deyim. Mən İranı tam dəstəkləyirəm. İstəyirəm ki, onların böyük ölkəsi olsun və çoxlu pul qazansınlar”, – Donald Tramp bildirib.

 

“Fox News” qeyd edir ki, Vaşinqton və Tehran arasında danışıqlarda əngəl uranın daha da zənginləşdirilməsi məsələsidir. İran tələb edir ki, uranın dinc məqsədlərlə zənginləşdirilməsini davam etdirməyə icazə verilsin, ABŞ isə buna qəti şəkildə qarşıdır.

 

Xatırladaq ki, ABŞ və İran nümayəndə heyətləri artıq nüvə sazişi üzrə danışıqların dörd raundu keçirib. Onlardan üçü Omanda, biri isə İtaliyada baş tutub.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-da oyuna başı qarışan həkimlər pasienti itirdilər

redaktor

Ərdoğan Türkiyənin Pakistana yardım üçün səfərbər olduğunu bildirib

redaktor

Rusiyadan milyardlarla dolu təyyarələr çıxıb, hara uçub? – ŞOK

admin