2 C
Bakı
11 Fevral 2026 11:47
Hadisə

Ala bilmədiyi maşına od vuran hərbçinin FOTOSU

Bakıda ala bilmədiyi maşına od vuran baş leytenantın görüntüləri yayılıb.

Tacxeber.com həmin fotoları təqdim edir:

Qeyd edək ki, Murad Əfəndiyev ehtiyatda olan baş leytenantdır.

 

Bakının Xəzər rayonunda avtomobilyandırılıb.

 

Tacxeber.comxəbər verir ki, avtomobilə od vuran onun öz sahibi olub.

 

Belə ki, avtomobili yandıran şəxs onu almaq üçün yeddi min manat pul verdiyini, qalan borcu ödəyə bilmədiyini əsas gətirib.

Həmin şəxs “Fiat” markalı avtomobilə benzin tökərək, ona od vurub. Nəticədə avtomobil tamamilə yanıb.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimovOxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bir nəfərin avtomobili yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub.

“Əməli törətməkdə şübhəli bilinən M.Əfəndiyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun bir il əvvəl aldığı “Fiat Doblo” markalı avtomobilin sahibinə borclu qaldığı 1 000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib. Faktla bağlı Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir”, – deyə E.İbrahimov bildirib.

 

Qeyd edək ki, Murad Əfəndiyev ehtiyatda olan baş leytenantdır. (Oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

Tramp qatı cinayətkarları bu adaya sürgün edəcək – FOTO

admin

Dövlət qurumu “Cadillac”ı bazar dəyərindən 2 dəfə ucuz hərraca çıxarır – Fotolar

admin

Tikilən “göydələn” metropolislə bağlı DƏHŞƏTLİ İDDİA: minlərlə insan həlak olub. QALMAQAL

admin