23 C
Bakı
24 İyun 2025 10:20
Dünya

Zelenski İstanbuldakı danışıqlara Trampın qatılmasını istəyir

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya – Ukrayna münaqişəsinin nizamlanması üzrə mayın 15-də İstanbulda keçiriləcək danışıqlarda ABŞ lideri Donald Trampın iştirak etmək istədiyini bildirib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı teleqramda qeyd edib.

 

“Trampın atəşkəsin tam və qeyd-şərtsiz elan olunması ideyasını dəstəklədim – bu, diplomatiyaya əsas verəcək qədər uzunmüddətli olmalıdır. Biz bunu istəyirik, biz öz tərəfimizdən sükutu təmin etməyə hazırıq. Mən Prezident Trampın Putinlə birbaşa danışıqlar aparmaq ideyasını dəstəklədim. Mən açıq şəkildə dedim ki, görüşə hazıram. Mən Türkiyədə olacağam. Əlbəttə, biz hamımız istəyərdik ki, Prezident Tramp da bizimlə birlikdə – həmin görüşdə Türkiyədə olsun. Bu, düzgün ideyadır”, – o vurğulayıb.

 

Qeyd edək ki, bundan öncə Tramp İstanbula gedə biləcəyini söyləmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Trampdan Makronun narahatedici jestinə reaksiya – VİDEO

redaktor

Kremldən Mahaçqala hadisələrinə ilk reaksiya: Qərb Rusiyanı parçalamaq istəyir?

admin

Türkiyədə erməni xilasedicilərdən rüsvaylıq: Həlak olanların qızıl-zinət əşyalarını qarət ediblər

redaktor