Xəbər verdiyimiz kimi, İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib. SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edib.
Modern.az məsələ ilə əlaqədar Saleh Səmədovla əlaqə saxlayıb. O, ilk telefon zəngimizdə qısa cavab verərək əməkdaşımızı təhqir edib.
Saleh Səmədov növbəti zəngimizdə isə daha geniş cavab verib.
O bildirib ki, sözügedən tədbir abidənin açılışı ilə bağlı idi, həmin müharibə də o bayraq altında baş verib: