11 C
Bakı
27 Mart 2026 19:08
CəmiyyətHadisə

Saleh Səmədov vəzifəsindən və Şuradan qovuldu.

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçilib.

 

İclasda informasiya resurslarında yayılmış, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi ilə əlaqədar məsələyə baxılıb.

İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.

 

Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verilib. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər

Seyran Səxavətdən Ramiz Mehdiyevə sərt ismarış: “Nizaməddin kimi zülm çəksin”

redaktor

Ağcaqanad dərmanları istifadə edənlərə XƏBƏRDARLIQ – Vacib faktlar

redaktor

Tahir Kərimli: “Yenidən mandat almaq istəməyim barədə ortaya atılan iddianı qətiyyətlə rədd edirəm”

redaktor