16 C
Bakı
28 Sentyabr 2025 02:06
CəmiyyətGündəmŞikayət

“Qarabağ adı ilı hər ay maaşımızdan kəsilir” – Naxçıvanda hərbçilər

Bir müddətdir ki, Naxçıvanda hərbiçilərin aylıq maaşından 200-300 manat Qarabağa yardım adı ilə pul tutulur.

 

Tacxeber.com xəbər verir ki, bununla bağlı “Gündəlik Naxçıvan”a bir qrup zabit və gizir müraciət edib. Onlar bildirirlər ki, buna etiraz edəndə hədələnirlər.

 

Zabitlərdən B.N. deyir ki, onlardan tutulan pulun həqiqətən də Qarabağa yardım məqsədi daşıdığına inanmırlar:

“Biz hərbçiyik, çoxumuz Qarabağda döyüşmüşük. Bir ay 200-300 manat tutulmasına etirazımız da yoxdur. Bu dövlət üçün canımızı qoymuşuq, yenə də qoyuruq. Lakin davamlı olaraq maaşlarımızdan tutulması yolverilməzdir. Biz deyilənlərə inanmırıq. Qarabağın tikintisi adı ilə bizdən saxlanan pulları mənimsəyirlər. Çünki, dövlətimizin Qarabağı tikmək üçün hərbçilərin maaşına ehtiyacı yoxdur, onun kifayət qədər resursları var.”

 

Digər zabit M.D. isə Qarabağın tikintisində rüşvətxor məmurların pullarından istifadə etməyi məsləhət görür:

“Biz də öz problemlərimiz var. Hər zaman vətənin keşiyindəyik. Bu maaşı öz zəhmətimiz, alın tərimiz ilə qazanırıq. Gecə-gündüz dağda daşda oluruq, əziyyət çəkiirik. Lakin, Azərbaycanda kifayət qədər zəhmətsiz gəlir götürən məmurlar, iş adamları var. Yaxşı olar ki, Qarabağı tikməkdə onların pulundan istifadə olunsun.”

 

Tacxeber.com

Oxşar xəbərlər

Təcrübəli futbol adamı inkişaf strategiyası hazırladı – AFFA isə əcnəbilərdən imdad umur

admin

Daimi aclıq hissi ciddi xəstəlikləri gizlədə bilər

redaktor

Abzasçılar ittihamı rədd edir, Gömrük Komitəsinin sədrinin məhkəməyə çağırılmasını tələb edirlər

admin