11 C
Bakı
29 Mart 2026 09:21
Dünya

Bu gün Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası qanundan kənar elan oluna bilər

Gürcüstan parlamenti bu gün ölkədə sabiq prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının fəaliyyətini qadağan edən qanun layihəsinə düzəlişləri müzakirə edəcək.

 

Sənədə əsasən, konstitusiya quruluşunu zorakılıq yolu ilə devirmək və ya onu dəyişdirmək, müharibə təbliğatı, nifrət qızışdırmaq, suverenlik və ərazi bütövlüyünü pozmaq məqsədi daşıyan partiyanın fəaliyyəti qadağan ediləcək.

 

Gürcü parlamentarilərinin bu qanun layihəsini plenar iclasda üçüncü oxunuşda müzakirə edəcəyi dəqiqləşdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski rus xalqına müraciət etdi: “Qaçın və ya Ukrayna əsirliyinə düşün”

admin

Ərdoğan Taha ilə görüşdü: Kipr və Kəşmirdən danışdı

redaktor

Rusiyanın kinli cəhdi: gəmiləri partlatmaq istəyir.

admin