12 C
Bakı
25 Mart 2026 16:15
Cəmiyyət

“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür”

“Bu yaxınlarda Elm və Təhsil Nazirliyinin mötəbər bir tədbirində iştirak edirdik. Tədbir Fairmont Baku oteldə keçirilirdi. Ümumi müzakirələrdən sonra tədbir başa çatdı və parkingə endik. Bu zaman 4 məktəb direktoru (3 nəfər xanım, 1 nəfər bəy) dəyəri 100-150 min manat aralığında olan son model avtomobillərə əyləşdi”.

 

Bu sözləri təhsil eksperti Elçin Əfəndiyev deyib.

O qeyd edib ki, bahalı maşın sürənlərin çoxu yeni təyin edilən direktorlardır:

 

“Bunların əmək fəaliyyətinə başladığı dövrü araşdırdım. Məlum oldu ki, bəziləri 6, bəzilərisə 10 ildir ki, direktor vəzifəsini icra edir. Aylıq 2000-2500 manatla bu avtomobilləri əldə etmək utopik səslənir.

Ekspert nazirliyə də təklif irəli sürüb:

“Elm və Təhsil Nazirliyi təhsilverənlərin ardınca mütləq direktorların sertifikasiyasını həyata keçirməlidir”.

Tacxeber.com

Oxşar xəbərlər

Gözəlliyin gətirdiyi risklər

redaktor

Bu gün metroda ölən kişi məşhur müğənninin atası imiş – Foto

admin

Azərbaycanın ən stajlı icra başçılarından biri də Novruz Novruzovdur.

redaktor