16 C
Bakı
26 Sentyabr 2025 23:47
Dünya

Rusiyalı alimlər 3D printerdə əsl ət çap ediblər

Don Dövlət Texniki Universitetinin (DSTU) rusiyalı alimləri 3D printerdə əsl ətin çapı üçün texnologiya hazırlayıblar.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Frontiers in Bioscience – Landmark” platformasındakı məqalədə deyilir.

 

Əsl ət yaratmaq üçün donor heyvandan alınan hüceyrələrin bir hissəsi tələb olunur.  Materialı yığdıqdan sonra hüceyrələr rahat şəraitdə çoxalır. DSTU-nun mütəxəssisi Yevgeniya Kiriçenko qeyd edib ki, proses başa çatdıqdan sonra həmin maddə əsl ət dadına malik olur.

 

Mütəxəssis qeyd edib ki, uzunmüddətli perspektivdə bu texnologiya ət istehsalı xərclərini 20-30 faiz azalda bilər.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail Qəzzada humanitar atəşkəs təşəbbüsünü rədd edir

redaktor

Saakaşvilinin partiyasının binasına hücum edildi

redaktor

ABŞ-dən Ukraynaya imtina mesajı: “Beş bölgə Rusiyanın tərkibində qalmaq istəyir”

admin