24 C
Bakı
23 İyun 2025 11:39
DünyaHadisə

PKK terror təşkilatı özünü buraxdı

Türkiyə mətbuatında PKK-nın özünü buraxması haqqında bəyanat verdiyi bildirilir.

 

Tacxeber.com xəbər verir ki, bəyanatda aşağıdakı əsas bəndlər yer alıb:

1. PKK Türkiyəyə qarşı hərbi və siyasi qarşıdurmanı dayandırır, mübarizə siyasi və hüquqi yollarla davam etdiriləcək.

2. PKK-nın dağılması ilə birlikdə bütün fəaliyyətlərinə son qoyulacaq.

3. İraq, İran, Suriya və Türkiyə daxil olmaqla, təşkilatın adından heç bir hərbi və siyasi fəaliyyət həyata keçirilməyəcək.

4. Silahlı mübarizənin bitməsi prosesinə PKK Başqanlıq Konseyi nəzarət edəcək, Türkiyədən PKK-ya qoşulan şəxslərin təhkimindəki silahların təhvil verilməsi üçün ortaq komitə yaradılacaq.

 

Xatırladaq ki, bu qərar PKK-nın 40 ildən artıq davam edən silahlı fəaliyyətlərinin sonu kimi qiymətləndirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu ölkədə məhbusların maaşı həbsxana işçilərindən çoxdur

redaktor

ABŞ çinli tələbələrin vizalarını ləğv edir

admin

Zəhərləmə və sui-qəsd cəngavərləri: KQB-nin dəhşətli əməliyyatları Sovet xüsusi xidmət orqanı xaricdə qisas əməliyyatlarını necə təşkil edirdi – Yadigar Sadıqlı

admin