Cəmiyyət

Əsli Lerikdəndir, amma ABŞ polisidir – FOTOLAR

Əslən Lerikin Gəndob kəndindən olan, Sumqayıda dünyaya gələn həmyerlimiz Zaur Cəlil Telman oğlu ABŞ-nin paytaxtı Vaşinqtonda xüsusi təyinatlı polis zabiti təyin olunub.

 

Tacxeber.com xəbər verir ki, bu haqda “Qafqazinfo”ya Z.Cəlil açıqlama verib.

 

1985-ci il təvəllüdlü həmyerlimiz 2006-cı ildən Birləşmiş Ştatlarda yaşayır.

 

O, uşaq yaşlarından peşəkar cüdo ilə məşğul olub. Bu idman növü üzrə üçqat ABŞ çempionudur. 4 il ardıcıl olaraq Birləşmiş Ştatların ən yaxşı cüdoçusu adına layiq görülüb.

 

ABŞ Polis Akademiyasını fərqlənmə dipolumu və medalı ilə başa vurub. Bir neçə gün əvvəl isə ABŞ-nin təhlükəsizliyinin keşiyində durmaq üçün təyinat alıb.

 

Qeyd edək ki, Vaşinqtonun xüsusi təyinatlı polisləri şəhər meri tərəfindən təyin edilir.

Tacxeber.com

Oxşar xəbərlər

Plastik qablarda günəş şüaları altında satılan suların yaratdığı təhlükə

redaktor

“Kimin qarın ağrısı varsa…” – Elmar Məmmədyarov

redaktor

“Diplomatların uzun illər edə bilmədiyini Tofiq Bəhramov bir qərarla bacardı”

admin