22.8 C
Bakı
10 İyun 2026 01:05
Cəmiyyət

Əsli Lerikdəndir, amma ABŞ polisidir – FOTOLAR

Əslən Lerikin Gəndob kəndindən olan, Sumqayıda dünyaya gələn həmyerlimiz Zaur Cəlil Telman oğlu ABŞ-nin paytaxtı Vaşinqtonda xüsusi təyinatlı polis zabiti təyin olunub.

 

Tacxeber.com xəbər verir ki, bu haqda “Qafqazinfo”ya Z.Cəlil açıqlama verib.

 

1985-ci il təvəllüdlü həmyerlimiz 2006-cı ildən Birləşmiş Ştatlarda yaşayır.

 

O, uşaq yaşlarından peşəkar cüdo ilə məşğul olub. Bu idman növü üzrə üçqat ABŞ çempionudur. 4 il ardıcıl olaraq Birləşmiş Ştatların ən yaxşı cüdoçusu adına layiq görülüb.

 

ABŞ Polis Akademiyasını fərqlənmə dipolumu və medalı ilə başa vurub. Bir neçə gün əvvəl isə ABŞ-nin təhlükəsizliyinin keşiyində durmaq üçün təyinat alıb.

 

Qeyd edək ki, Vaşinqtonun xüsusi təyinatlı polisləri şəhər meri tərəfindən təyin edilir.

Tacxeber.com

Oxşar xəbərlər

Ziyalılardan Firudin Cəlilova ağır cavab: “Allah lənət eləsin!”

redaktor

Qənirə Ataşovanın ittiham etdiyi həkim danışdı: “İstəyirlər aramızı vursunlar!”

redaktor

Separatçıların yeni qurduqları hərbi mövqelərin peyk görüntüləri yayıldı – VİDEO

redaktor