21 C
Bakı
21 İyun 2025 23:43
Maqazin

“Anarı öldürdülər, indi də nəvəmi rahat buraxmırlar”

 

“O vaxt oğlumun ölümünə cəhd etdilər, indi də eyni şeyi nəvəm Tamerlana etmək istəyirlər”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri mərhum reper Anar Nağılbazın anası Şərqiyə Cəbiyeva “Space TV”də “Tarixin bir günü” verilişinə müsahibəsində deyib.

 

Ş.Cəbiyeva bildirib ki, hazırda nəvəsinə qarşı təzyiq göstərirlər:“Oğlumun ölümünə cəhd etdilər. İndi də nəvəmə sataşırlar. Anarın ailəsinin dağılmasında da böyük rol oynadılar. Anarı məhv etməyə çalışdılar, çox istifadə etdilər. Anar depressiyaya düşəndə tək qaldı. Onun yayılan videosunu da qurama olaraq təşkil etmişdilər. Anarın beləcə qəsdinə durdular. Onu da nə məqsədlə edib, edən şəxs özü yaxşı bilir.

 

Tamerlan replər ifa edir. Həvəskar şəkildə bu işlə məşğuldur. Düşünmüşdüm ki, illər keçib, artıq hər şey unudulub. Amma yox, indi eyni şeyləri Tamerlan yaşamağa başlayıb. İndi Tamerlana zənglər edirlər. Mən oğlumun ətrini Tamerlandan alıram. Xahiş edirəm, Anarın o videosunu portallardan silsinlər”.

 

Qeyd edək ki, Anar Nağılbaz 2018-ci ildə 44 yaşında vəfat edib.(“Qafqazinfo”)

Tacxeber.com

Oxşar xəbərlər

Xərçəng xəstəsi obrazını oynamaq istədi, özü bu xəstəliyə yoluxdu – VİDEO

redaktor

Özünü Doğuşun oğlu kimi təqdim edən gənc türk mediasının gündəmində

redaktor

Şəbnəm Tovuzlu: “Ərimlə küsülü qalanda əsəbiləşib onu vururam”

redaktor