28 C
Bakı
11 Avqust 2025 22:06
Dünya

Ağ Ev çaşqınlıq içində: Bu şəxs Netanyahu üçün işləyir?

HƏMAS bəyan edib ki, ABŞ-la “Qəzzada atəşkəs”lə bağlı danışıqlar yekunlaşmaq üzrədir. Türkiyə, Qətər və Misirə təşəkkür edən HƏMAS lideri Yəhya əl-Hayye atəşkəsdən sonra Qəzzanın müstəqil bir komitə tərəfindən idarə olunmasına hazır olduqlarını bildirib.

 

Tacxeber.com xəbər verir ki, İsrailin ABŞ və HƏMAS arasında aparılan danışıqlardan kənarda qalması diqqət çəkib.

 

Maraqlıdır ki, bu inkişaf ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Mayk Vals 12 gün əvvəl işdən çıxarıldıqdan sonra baş verib.

 

İsrail istehsalı olan və “WhatsApp”a bənzər rabitə proqramından da istifadə etdiyi ortaya çıxan Vals aprelin 30-da Ağ Evdəki vəzifəsindən qovulub.

 

Bu addım Tramp administrasiyasının xarici siyasətində İsrail təsirindən qurtulmaq atdığı addım kimi qiymətləndirilib. Həmçinin bu addımın HƏMAS ilə atəşkəs danışıqlarının yekunlaşması baxımından əhəmiyyətli fayda verdiyi şərh edilib.

 

Qeyd edək ki, Mayk Vals daha əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ilə gizli görüşü və ondan sonra ortaya çıxan “Signalgate” qalmaqalı ilə gündəmə gəlmişdi. Onun bu hərəkətləri Ağ Evdə “Bu adam bizim prezidentimizə işləyir, yoxsa İsrail baş nazirinə?” sualını doğurub.(Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər

Fransada göydən narkotika “yağıb”

redaktor

Zelenskinin köynəyindəki rəqəmlər gündəm oldu: Putinə gizli mesaj göndərib – FOTO

redaktor

Conson: ABŞ Zelenski və Budanovu aradan götürəcək

redaktor