Hadisə

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı VƏFAT ETDİ

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.

Tacxeber.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Yeniyetmə kəskin böyrək çatışmazlığından əziyyət çəkib.

 

Uzun müddətdir müalicə alan Səlbi Cəfərlinin həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, şəhid Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub.

 

Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Neftçalalılar Tənzilə Rüstəmxanlını istəmir – Şəhid analarını öz murdar oyunlarınıza alət etməyin!

admin

Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR

admin

Rusiyalılar doğum evini atəşə tutdu – Körpə həlak oldu

redaktor