28 C
Bakı
12 Avqust 2025 21:54
Cəmiyyət

DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb

May ayının 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində, Xudafərin körpüsü istiqamətində naməlum şəxslərin şübhəli hərəkəti müşahidə olunub.

 

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

 

Qeyd edilib ki, İran İslam Respublikası ərazisindən “Xudafərin” körpüsünə daxil olan 4 nəfər sürünərək körpünün Azərbaycan Respublikası ərazisindəki hissəsinə keçərək körpünün sütun hissəsində qazıntı işləri aparmağa başlayıblar.

 

Dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı dərhal hadisə yerinə cəlb olunmuş, eyni zamanda müqabil tərəfin sərhəd nümayəndəliyinə təcili olaraq hadisə barədə məlumat verilib.

 

Sərhəd naryadının həmin istiqamətə yaxınlaşmasını görən sərhəd pozucularından biri özünü Araz çayına atıb, geriyə qaçan digər üç nəfər isə İran İslam Respublikası ərazisində saxlanılıb.

 

Sərhəd nümayəndələrinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, körpünün qazıntı işləri aparılan hissəsində istifadə edilən qazma vasitələri aşkar olunaraq götürülüb.

 

Müqabil tərəfdən verilən məlumata əsasən saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları olduğu bildirilib.

 

Hər iki tərəfin iştirakı ilə Araz çayına düşən şəxsin axtarışları aparılır.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Xameneinin yerinə oğlu keçəcək? – İranda varis seçimi başlayır

redaktor

Qadınlara dodaq boyasına niyə icazə verilmirdi? – Zərərli idi, yoxsa… Qəribə FAKTLAR

redaktor

Bölgələrdəki villalar eks-nazirlərə baş bəlası olub – SATA BİLMİRLƏR

redaktor