28 C
Bakı
12 Avqust 2025 19:04
Dünya

Qlobal istiləşməyə zənginlər səbəb olurmuş…

Yeni araşdırmalar göstərir ki, dünya əhalisinin ən zəngin 10 faizi 1990-cı ildən bəri qlobal istiləşmənin üçdə ikisinə cavabdehdir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Sürix Texnologiya Universitetinin (ETH) tədqiqatçıları araşdırma aparıb.

 

Onlar gəlir qrupları arasında bərabərsizliyin birbaşa iqlim böhranını əks etdirdiyini vurğulayıblar.

 

Tədqiqatın aparıcı müəlliflərindən biri Sara Şönqart məsələyə aydınlıq gətirib: “Ən zəngin şəxslərin ekoloji izi aşağı və orta gəlirlilərinkindən dəfələrlə böyükdür ki, bu da iqlim təsirlərinin böyük hissəsini izah edir. Araşdırmaya görə, dünya əhalisinin ən zəngin 1 faizi ötən əsrdə həddindən artıq isti dalğalarına qlobal orta göstəricidən 26 dəfə çox qatqı verib”.

 

Bildirilib ki, qlobal çirklənməyə səbəb olan ən zəngin 10 faiz içində Çin və ABŞ-dan olanlar daha çoxdur. Bu qrup atmosferdə istixana qazı yükünü kəskin şəkildə artıraraq, xüsusilə həddindən artıq temperaturda iki-üç qat rol oynayır.

 

Alimlər bərabərsizliyin iqlim böhranına təsirini sərvət vergisi ilə həll etməyi təklif edirlər.

 

Araşdırma “Nature Climate Change” jurnalında dərc olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Belarus Ukrayna ilə MÜHARİBƏYƏ başladı – Lukaşenko açıqladı – SON DƏQİQƏ

redaktor

İran Ermənistana milyardlar yatırır, “dəhliz” çəkir…

redaktor

Tramp İrandan gələn təhlükəyə görə hərbi təyyarə tələb edir

redaktor