23 C
Bakı
24 İyun 2025 11:30
Cəmiyyət

Durov “WhatsApp”ın hiyləgər planını İFŞA ETDİ

“Telegram”ın yaradıcısı Pavel Durov “WhatsApp”ı “Telegram” kanallarında “Telegram”ı tənqid edən şərhləri pulla almaqda ittiham edib.

 

Sübut kimi o, rusdilli kanallardan iki paylaşımın skrinşotlarını da yayımlayıb.

 

Paylaşımlarda “Telegram” mesenceri “fırıldaqçılıq yaymaqda və reklamları qarışdırmaqda” günahlandırılır, “WhatsApp” isə interfeysdə reklam olmadığı və ödənişli abunə olmadığı üçün “yaxşı” kimi göstərilir.

 

“Rəqiblərimiz çarəsizləşib və “Telegram” kanallarında özlərini reklam etməyə başlayıblar. Bundan əvvəl onlar əsasən Qərb mətbuatında sifarişli məqalələr dərc edirdilər. Onlar bizə qarşı yönəldilən marketinq büdcəsinin milyardlarla vəsaitini innovasiyaya xərcləsələr, daha yaxşı olardı”, – Durov yazıb.

 

O əlavə edib ki, “Telegram” texnoloji cəhətdən “WhatsApp”ı illərlə qabaqlayır. Onun sözlərinə görə, bu boşluq hər ay artır.

Tacxeber.com

Oxşar xəbərlər

Bank kartından pullar belə oğurlanır

redaktor

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi

redaktor

Masazırda obyekt sahibi ağacları “soyqırımı”na məruz qoydu – VİDEO

admin