21 C
Bakı
22 İyun 2025 21:41
Dünya

Abbasdan Trampa RƏDD CAVABI – “Yaxın Şərq Rivierası” yaradıla bilməz

Fələstin Milli Administrasiyası (FMA) ABŞ prezidenti Donald Trampın Qəzza zolağının abadlaşdırılması planına qarşıdır.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Fələstin Muxtariyyətinin rəhbəri və Fələstin Prezidenti Mahmud Abbas Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.

 

“Biz fələstinlilərin öz ərazilərindən kənarda didərgin salınmasının əleyhinəyik və Qəzzada “Yaxın Şərq Rivierası”nın yaradılmasını istəmirik – biz bu planı qəbuledilməz hesab edirik, ona görə də onu rədd etdik”, – o deyib.

 

FMA liderinin sözlərinə görə, Fələstin Muxtariyyəti də Qəzzanın ABŞ administrasiyasının nəzarətinə verilməsi ideyasına qəti şəkildə qarşıdır. O vurğulayıb ki, amerikalıların və ya digər əcnəbilərin Qəzza zolağına rəhbərlik etmək hüququ yoxdur.

 

“Bunu yalnız FMA etməlidir və biz ABŞ administrasiyasına bu məsələ ilə bağlı mövqeyimizi bildirmişik”, – Abbas əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Etirazçılar “Nikol satqındır” şüarları səsləndirirlər

admin

Alman zabitlərinin gizli səsyazısı Putinin əlinə necə keçib? – Beynəlxalq qalmaqal

redaktor

Əfqanıstan və Pakistan arasında döyüşlər başlayıb

redaktor