2 C
Bakı
11 Fevral 2026 07:44
Cəmiyyət

Xanım məktəb direktorunun şok səsyazısı yayıldı — AUDİO

Sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb.

 

İddialara görə səs yazısında o, “Son zəng” üçün pul yığılmasını tələb edir və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, paytaxtdakı 207 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılacaq.

 

“Tədbirin təşkilinə dair Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı məktəb rəhbərinin nəzərinə çatdırılıb, tədbirin keçirilməsi ilə bağlı tələblərə əməl olunması barədə aidiyyəti tapşırıqlar verilib.

 

Aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda qeyd edilib.

Tacxeber.com

Oxşar xəbərlər

“Biz 11 futbolçuya və 3 hakimə qarşı oynadıq” – Berezutski

admin

“AFFA İcraiyyə Komitəsi bu fikirləri pislədi” -AFFA De Byazi artıq millimizdə calışmaq istəmədiyini bildirdi.

admin

Mən nazir olaraq nə edə bilərdim ki, müəllimə qızıl almasınlar?

redaktor