Dünya

Saakaşvili İlham Əliyevin Moskva paradına getməməsindən yazdı

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili Azərbaycan lideri İlham Əliyevin Rusiyaya Qələbə Paradına getməməsinə münasibət bildirib.

O bununla bağlı sosial media hesabında paylaşım edib.

“Azərbaycan lideri İlham Əliyev Moskvadakı cəllad düşərgəsinə getməyib. Rusiyanın Azərbaycan saytlarına son kiberhücumundan və mülki təyyarənin barbarcasına vurulmasından sonra tam yerinə düşən və ləyaqətli addımdır. Biz bunu Rusiyanın təcavüzünün qurbanı olan Ukrayna ilə həmrəylik jesti kimi də görürük”, – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev Rusiyada paradda iştirak üçün dəvət edilsə də, Azərbaycan lideri bundan imtina edib.(Savashmedia.az)

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-nin “Eyzenhauer” təyyarə gəmisi Fars körfəzinə daxil oldu

admin

Rusiya Azərbaycandan görün nələri idxal edir? – BMT-nin platformasından YENİ RƏQƏMLƏR

redaktor

Nikahdankənar cinsi əlaqə qadağan olundu

redaktor