Dünya

Ukrayna ordusundan “9 May” mesajı – FOTO

9 May Qələbə Günü ərəfəsində Ukrayna tərəfindən simvolik və eyni zamanda siyasi mesaj daşıyan görüntü yayılıb.

 

Tacxeber.comxəbər verir ki, internetdə sürətlə yayılan və gecə görüntüləri olan fotoda, hərbi uniformada olan bir neçə əsgərin fonunda bir pilotsuz uçuş aparatı (PUA) yer alır. PUA-nın üzərində isə iri hərflərlə “Happy 9th of May, Vladimir” (“9 Mayın mübarək, Vladimir”) sözləri yazılıb.

 

Fotoda yer alan yazı birbaşa Rusiya Prezidenti Vladimir Putinə ünvanlanmış simvolik bir xəbərdarlıq kimi dəyərləndirilir. Kadrlardan aydın görünür ki, görüntü gecəgörmə avadanlığı ilə çəkilib və əməliyyat şəraitində hazırlanıb.

 

Ukrayna mediası və sosial şəbəkə istifadəçiləri bu görüntünü Rusiya rəhbərliyinə qarşı sarkastik və psixoloji mesaj kimi şərh edirlər. Yazının xüsusilə 9 May tarixindən əvvəl yayılması isə təsadüf deyil. Məlum olduğu kimi, Rusiya bu günü II Dünya Müharibəsində faşizm üzərində qələbə günü kimi hər il genişmiqyaslı hərbi paradlarla qeyd edir. Ukrayna isə son illərdə bu tarixi rəmzi olaraq Rusiya hərbi simvollarına qarşı cavab günü kimi istifadə edir.

Tacxeber.com

Oxşar xəbərlər

Çində Putini ad günü münasibətilə belə təbrik etdilər – VİDEO

redaktor

Putinin ölümcül raketləri 9 dəqiqəyə Londona çata bilər

admin

Azərbaycan Türkmənistana diri göyərçinlər, İtaliyaya isə göyərçin əti satıb – 27,5 manata

admin