21 C
Bakı
23 İyun 2025 03:21
Dünya

Netanyahunun müşaviri həbs edildi

İsrailin siyasi və təhlükəsizlik dairələrini sarsıdan “Körfəz qapısı” qalmaqalında yeni inkişaflar yaşanıb.

 

Tacxeber.comxəbər verir ki, Baş nazir Benyamin Netanyahunun müşaviri və keçmiş Mossad agenti Yonatan Uriç dindirilməsi başa çatdıqdan sonra gecə saatlarında yenidən həbs edilib.

 

Bölgədəki siyasi mənbələrdən verilən məlumata görə, adı eyni istintaqda hallanan Eli Feldstein sərbəst buraxılsa da, ev dustaqlığı davam edib. Hadisə təxminən bir ay əvvəl həbs olunduqdan sonra hər iki şəxsin ev dustaqlığı müddətinin bitməsinə bir gün qalmış baş verib.

 

Polisin Uriçin həbs müddətinin daha 5 gün uzadılması üçün məhkəməyə müraciət edəcəyi bildirilir. Əvvəlki plana görə, hər iki şəxsin ev dustaqlığının bu gün günorta saatlarında bitəcəyi gözlənilirdi.

 

Keçən ay Rişon LeZion Məhkəməsi Urich və Feldstein-in azadlığa buraxılması və ev dustaqlığına salınması barədə qərar çıxarıb. Məhkəmə azadlığa buraxılma qərarında şübhəlilərin şərtləri pozmadığını və etibarlı olduqlarını bildirib. Lakin polis “davam edən istintaq tələblərini” əsas gətirərək bu qərarın uzadılmasını tələb etmişdi.

 

İsrail Baş Prokurorluğu hər iki şəxsə qarşı “xarici agentlə əlaqə”, “rüşvət alma”, “vəzifə xəyanəti” və “çirkli pulların yuyulması” kimi ciddi ittihamlar irəli sürüb. Həmçinin bildirilirdi ki, Uriç baş nazirlikdən məxfi sənədləri sızdırmaqda ittiham olunur.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: Bizə Orban kimi vasitəçi lazım deyil

redaktor

Almaniyanın Putinə qarşı mövqeyi dəyişib

redaktor

10 il sonra eksqumasiya edilən qadının görüntüləri bütün dünyanı heyrətləndirdi – FOTO

admin