
“Heydər Əliyev Azərbaycanda yeniləşən insanlar sırasında mühüm yeri olan tarixi şəxsiyyətdir. Biz müasir Azərbaycanın bütün sahələrində Heydər Əliyevin atdığı təməlləri görürük”.
Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş xüsusi iclasında çıxışı zamanı deputat Fazil Mustafa deyib.
Deputat qeyd edib ki, Heydər Əliyevin uğurunun səbəbi real tarixi doğru oxumasından irəli gəlir.
“Vaxtilə müxalifət bu yeniləşmiş baxışı qəbul etmirdi. Artıq qəbul edir, artıq reallığı dərk edir. Heydər Əliyev real tarixi doğru oxuya bildi.
Heydər Əliyev Konstitusiyanın qəbul olunması ilə dövlətin hüquqi təməlini kifayət qədər möhkəmlətmiş oldu”, – o vurğulayıb.
Deputat onu da qeyd edib ki, bu gün 44 günlük savaşdan geri dönəndə bu proseslərin hamısının mənbəyində Heydər Əliyevin hansısa atdığı təməli görə bilirik.
“Bizim özümüz də vaxtilə Heydər Əliyevə qarşı müxalifətdə olan insanlar belə bu yeniləşmiş baxışı qəbul elədik və səmimi şəkildə Azərbaycan dövlətinin o dönəmində həqiqətən onun gördüyü müstəsna işləri dərk etmiş olduq”, – deputat bildirib.