23 C
Bakı
22 İyun 2025 19:51
CəmiyyətGündəm

“Jurnalistika cinayət deyil!” – Araz Əliyev

Ulviyya Ali hazırda ölkədə var olan bir çox media qurumundan daha böyük jurnalistdir. Onu “Amerikanın səsi”-də çalışdığı dövrdən tanıyıram. Ən son görüşümüz isə bir neçə gün öncə məhkəmə çıxışında oldu. Öz məhkəməsinə getmək əvəzinə “Toplum TV”-nin məhkəməsini izləmək üçün gəlmişdi. Bu axşam isə həbs olunduğu xəbərini aldım.

 

Ülviyyə çəkdiyi və işıqlandırdığı xəbərlərə görə, məhz jurnalist fəaliyyətinə görə həbs olunub. Təəssüflər olsun ki, artıq Azərbaycanda ən təhlükəli iş, ən təhlükəli peşə müstəqil jurnalist olmaqdır. Bu peşə elə Ülviyyə Əli kimi dostlarımızın sayəsində öz həqiqi mahiyyətini və məqsədini itirmir. Ülviyyənin son müraciətində də dediyi kimi:

“Azərbaycanı sükuta qərq etmək istəyən siyasi iradənin qarşısında bizim səsimiz hər zaman onların qulağındakı səssizliyi pozacaq. Bu, mənim azadlıqda yazdığım son yazı ola bilər. Amma inanıram ki, haqlı səs heç vaxt sükuta qərq ola bilməz.”

 

Jurnalistika cinayət deyil! Cinayətimiz – əqidəmizdir!

 

Araz Əlyev

Tacxeber.com

Oxşar xəbərlər

“İndi Rusiya özü nəhəng problemə çevrilib”.

admin

Vasif Talıbova etiraz edən kişi taksi sürücüsü qadın həmkarı tərəfindən ağacla döyüldü – VİDEO

redaktor

Sinqapur-London marşrutu ilə hərəkət edən təyyarə Bakıda qəza enişi etdi – FOTO

admin