25 C
Bakı
11 Avqust 2025 06:31
Cəmiyyət

Xanlar Vəliyevin oğlu “Avesta Konserni” 14 milyona alıb? – Hacı İbrahimdən AÇIQLAMA

“Avesta Konserni”nin sahibi, tanınmış iş adamı hacı İbrahim Nehrəmli Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, Məmməd Araz küçəsi 109 ünvanında yerləşən “Avesta Konserni” kimi tanınan hündürmərtəbəli qeyri-yaşayış binasını satması barədə xəbərlərə münasibət bildirib.

 

Hacı İbrahim İbrahimov Demokrat.az-a açıqlamasında deyib ki, bina hələ ki, satılmayıb:

 

“Mənim binam Xanlar Vəliyevin nəyinə lazımdır? Məgər Xanlar Vəliyev bina alandır? Biz Dubaylı bir iş adamı ilə anlaşmışıq, amma sənədləşmə hələ olmayıb. Yəqin ki, bu yaxınlarda satacağıq. Dubaylı iş adamı gəlib binaya baxıb. Amma hələ ortada bir şey yoxdur. Qiyməti də 14 milyon manatdan aşağı razılaşmışıq. Hamı almaq istəyir, amma ortada bir şey yoxdur. Bəlkə gələn aya satıldı. O zaman zəng edərsiniz, kimin aldığını sizə dəqiq deyərəm. Bir daha deyirəm, dediyiniz şəxslə bu məsələnin əlaqəsi yoxdur”.

 

Xatırladaq ki, Demokrat.az daha öncə “Avesta Konserni” binasının Azərbaycanın sabiq hərbi prokuroru, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin oğlu Elşən Vəliyevə satılması ilə bağlı xəbər yaymışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Möhyəddin Orucovun atası: “Qarabağda canımızı qoyuruq, evə gələndə görürük ki, uşaqlarımızı şərləyib həbsə salırlar”

admin

Hansı ölkədə istirahət daha ucuzdur? – QİYMƏTLƏR

redaktor

Əli Nur əsəbləşdi: “Məni yığımısınız boğaza…”

redaktor