Cəmiyyət

Mənzurə Musayeva tanınmış həkimdən şikayətçidir: “Sifətimin bir tərəfini dartıb, birini boşaldıb”

Müğənni Mənzurə Musayeva “Funda Hospital”ı məhkəməyə verəcək.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Qaynarinfo”ya açıqlamasında müğənninin özü məlumat verib.

 

Sənətçi bildirib ki, bir müddət öncə sözügedən klinikada əməliyyat olunub:

 

“Amma əməliyyat uğursuz alınıb. Məni Məhəmməd Poluxov bu günə salıb. Əməliyyatdan sonra özümü tanıya bilmirəm. Gedib deyirəm ki, pulumu qaytar, qaytarmır. Deyir, əməliyyatı etmişəm, daha nə pul? Pis günə salıb məni. Sifətimin bir tərəfini dartıb, birini boşaldıb. Camaatı aldadır, yalandan deyir ki, üzgərmə əməliyyatı edirəm. Amma əslində, üzə sap atır. Gəlin üzümə baxın, görün nə haldayam. Sifətimin bir tərəfi dartılı qalıb. Heç zaman buxağım olmayıb. Əməliyyatdan sonra buxaq çıxardıb mənə. Pulu tələb edirəm, deyir, gəl, yenidən əməliyyat edim. Yeddi minə yaxın pul vermişəm. Köməkçisi ilə əlaqə saxlayıram. İndi gedirəm mərkəzin direktorunun yanına, onunla danışacağam”.

 

Mənzurə Musayeva vurğulayıb ki, əgər pulunu qaytarmasalar, hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Quba Xəstəxanasında böyük maliyyə itkisi: 500 min hara yoxa çıxıb?

redaktor

Bakıda “Məni bağışlayın, şef” yazıb, kassanı oğurladı

admin

Deputat Siyavuş Novruzov iddia edib ki, Azərbaycanda 605 bələdiyyə var

admin