2 C
Bakı
11 Fevral 2026 02:19
Maraqlı

“Mən olsam, təyyarədə çay və ya kofe içmərəm” – Bələdçi

Təyyarə ilə səfər edərkən çay və ya kofe içməkdən çəkinin.

 

Tacxeber.com “Daily mail”ə istinadla xəbər verir ki, bu barədə ABŞ-də vaxtilə təyyarədə çalışan Aleks Kuiqli xəbərdarlıq edib.

 

“Mən olsam, təyyarədə çay və ya kofe içmərəm” deyən təyyarə bələdçisi fikirlərini bu sözlərlə əsaslandırıb:

 

“Çünki bu içkilər gigiyenik baxımdan şübhəli su çənlərindən gəlir. Bu tanklar tez-tez təmizlənmədiyi üçün içərisində bakteriyalar yarana bilər. Üstəlik, istifadə edilən su qaynama temperaturuna çatnmadığı üçün mikroblar ölmür, birbaşa fincanla qarşınıza gəlir”.

 

Stüardın sözlərinə görə, içkilərlə yanaşı, bəzi qidalarda da zəhərlənmə ehtimalı yüksəkdir:

 

“Tərkibində ət olan yeməklər də bu kateqoriyaya daxildir. Belə ki, təyyarədə baş verə biləcək hər cür gecikmə və ya texniki nasazlıq ət yeməklərinin lazım olan temperaturda saxlanmasına mane ola bilər. Yəni bir udum çay və bir loxma ləzzət sağlamlığınız üçün təhlükəli ola bilər. Təyyarələrdə ən etibarlısı qapalı şüşələrdə olan sular və özünüzlə götürdüyünüz qidalardır”.

Tacxeber.com

Oxşar xəbərlər

Belə yuxular görənlər vaxtından tez dünyasını dəyişir

redaktor

O, Müşfiqə görə Səməd Vurğuna şillə vurmuşdu – Xalq artistindən etiraf

redaktor

Xanhüseyn Kazımlı haqqında 2020-çi ildə yazılmış maraqlı yazı.

admin